Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zəngəzurda yaşayan erməni: “Müharibədir? Müharibə olsun, belə ömür kimə lazımdır?!” - VİDEO

RegionTV.info
Ermənistan informasiya agentlikləri Azərbaycan silahlı qüvvələrinin dövlət sərhədini Geğarkunik və Sünik vilayətləri istiqamətində (Azərbaycanda Basarkeçər və Zəngəzur bölgələri deyirlər) pozub, mayın 12-dən bəri Azərbaycan əsgərlərinin Ermənistan Respublikası ərazisində qaldığını bildirirlər.
 
Azərbaycan dəfələrlə sərhədi pozmadığını, torpaqları ''30 il işğal altında qaldıqdan sonra indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini'' bildirir.
 
Ermənistanın Qafan şəhərində fəaliyyət göstərən Zəngəzur Televiziya Kanalının reportajlarında Azərbaycan hərbçilərinin artıq üçüncü aydır Sevliç- Qaragöl gölünü əhatəyə aldığı və ərazini tərk etməyə hazırlaşmadığı deyilir.
 
Erməni tərəfi, sovet dövrünün xəritələrinə əsaslanaraq, gölün 70 faizinin Ermənistan ərazisinə aid olduğunu bildirir.
 
Azərbaycan mənbələrində isə Qaragölün Azərbaycana məxsus olduğu qeyd olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də