ABŞ kəşfiyyat orqanları koronavirusun mənşəyini təyin etmək üçün çoxlu genetik məlumatları araşdırır və hazırda Çin dilində mütəxəssislərə ehtiyac yaranıb.
RegionTV.info xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən “CNN” yayıb.
Araşdırılan məlumatlar içərisində Çinin Uhan şəhərindəki laboratoriyada öyrənilən virus nümunələrindən götürülmüş genetik sxemlər də mövcuddur. Xüsusi xidmət orqanlarının bu məlumatları nə vaxt və necə əldə etdikləri bəlli deyil.
ABŞ kəşfiyyat xidmətləri məlumatları geniş öyrənmək üçün Energetika Nazirliyinin milli laboratoriyalarının superkompüterlərinə güvənir.
Bundan əlavə, uyğun elm adamlarını tapmaq da çətindir. Belə ki, genetik ardıcıllıq məlumatlarını şərh edən və Çin dilini bilən etibarlı mütəxəssislərə ehtiyac var.
Xəbəri paylaş