
RegionTV.info xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
İngiltərə hökuməti bildirib ki, miqrantlar həddindən artıq dolu və təhlükəli gəmilərlə Britaniyaya getməkdənsə, başqa ölkələrdə sığınacaq axtarmalıdırlar.
Britaniya hökumətinin rəsmisi Den Omahoni bildirib ki, cinayətkar dəstələr tərəfindən kiçik qayıqlar vasitəsilə təşkil edilən səfərlər insan həyatı üçün təhlükəlidir:
“Bu göstəricilər (miqrantların sayı - Red.) qəbuledilməzdir, ona görə də bütün istiqamətlərdə tədbirlər görürük”.