Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gənc icra başçısı Ağstafanı belə məhv edir-Sonra gec olacaq-İDDİA

RegionTV.info
Azərbaycan vətəndaşları uzun illər vəzifə kreslosunu zəbt etmiş, insanların gözünü az qala “mazol” etmiş məmurlardan, icra başçılarından bezmişdi.

Cəmiyyətdə bir ictimai sifariş var idi. Yəni cəmiyyət kadrların gəncləşməsini, qocalarla vidalaşmasını arzu edirdi. Əslində bütün dünyada olduğu kimi, bizim cəmiyyətdə də kadrların gəncləşməsi istəyi var idi. Yəni bu zamanın və cəmiyyətin sifarişi idi.

Ta qədimlərdən cəmiyyətlərdə “Atalar və oğlullar” problemi olub. Yəni söhbət konkret ata və oğuldan deyil, gənclərin yaşlı nəsli əvəz etməsindən gedir.

Və son 2-3 ildə xeyli sayda yaşlı kadrlar cavan kadrlarla əvəz olundu. Bu icra hakimiyyəti sferasına tətbiq olundu.

Belə gənc icra başçılarından biri də Ağstafanın 34 yaşlı icra başçısı Seymur Orucovdur. Seymur Orucovun “siftəsi” uğurlu alınmadı.

Belə ki, xarici müxbirlə ingilis dilində “konuşmağa” cəhd edən gənc icra başçısı gülünc vəziyyətdə qaldı. Sanki “kitay”lar azərbaycan dilində danışırmış kimi gülməli idi.

Adama deyərlər, ingiliscə danışmağın heç yeri idi ?

Məşədi İbad demişkən, heç hənanın yeridir ?

Ümumiyyətlə, gənc icra başçıları özlərini guya ingilisdilli kimi göstərməyə, Avropada təhsil aldıqlarını nümayiş etdirməyə çox meyllidirlər.
Birincisi, Ağstafanı, eləcə də digər rayonları idarə etmık üçün ingilis, ya da yapon dilini bilməyə ehtiyac yoxdur. Xalqın dilini, kəndlinin, fəhlənin dilini bilsəniz yetər.

İkincisi, özünüzü avropasayağı göstərməyə də ehtiyac yoxdur. Azərbaycan balaca ölkədir, kimin kim olduğu, kimin əlinin kimin cibindən çıxdığı az qala hamıya bəllidir.

Atalar demişkən, “Atan sarımsaq, anan soğan, haradan oldun gülməşəkər” məsəli.

Bizim ingiscə konuşmaq istəyən, çatmaqaş, gözəl-göyçək icra başçımızın vur-tut 34 yaşı var, dayısı deputat, Həmkarların əbədi sədri Səttar Mehbalıyev, qaynatası isə, sabiq deputat, Narxoz-un keçmiş rektoru Şəmsəddin Hacıyevdir.
Mövzudan kənara çıxmadan onu da qeyd edək ki, Səttar Mehbalıyevin kabinetinin ağzında bir neçə il əvvəl Qarabağ qazisi özünü yandıraraq intihar etmişdi.

Narxoz-un rektorundan isə danışmağa dəyməz. Narxoz sözü hər şeyi deyir. Əbəs yerə soğan-sarımsaq misalını çəkmədik.

İndi özünüz deyin, dayaqları, ağsaqqalları belə olan Seymur Orucov necə islahatçı ola bilər ?

Dayısı putyovka sata-sata milyonçuya çevrilib. Qaynatası isə Narxoz-un binasının təmiri adı altında yüz minləri mənimsəyib. Biz hələ imtahanlardan qazandıqlarını, keçmiş nəqliyyat naziri Ziya Məmmədovla şərikli biznesini demirik.

Hələ təzə icra başçısının xanımı, yəni sabiq rektorun qızı Çeşmi xanım Hacıyevanın 350 minlik xarici avtomobildə Maştağaya gedib-gəlməsini demirik.

Bəli, Çeşmi xanım Maştağada uşaq bağçasının müdirəsi idi, həm də biznesmen xanımdır, “parnik”ləri, istixanaları var. Hətta Azəriqaza 115 min manat borcu da var idi. Mətbuat hay-küy salandan sonra bir hissəsini ödədi.

Təsəvvür edirsiniz, vətəndaşın 1 manatı olmasa qışın soyuğunda evində donub ölər. Amma Çeşmi xanımın 115 min manatlıq borcuna görə qazını da kəsməyə cürət etmirlər.

Hələ bu harasıdır ?

Çeşmi xanımı bu yaxınlarda Azərbaycan Dillər Universitetində rektoru Kamal Abdulla özünə mırtıkulturalizm məsələləri üzrə müşavir təyin etdi.
Bərəkallah. Bağça müdirəsi, biznesmen, müşavir və s.

Gənc icra başçısı isə özündən əvvəlki icra başçısının yolunu davam etdirir.

Ağstafalılar əvvəl düşündülər ki, gənc icra başçısı onların problemləri ilə maraqlanacaq, onlara dəstək olacaq. Ancaq qısa vaxt sonra gördülər ki, Seymur Orucov idarəetməni ümumiyyətlə bacarmır. Həm də bu adamın 1 günlük idarəetmə təcrübəsi yoxdur.

Bu azmış kimi Seymur Orucovu rayonda tapmaq müşkül olub. Qaranlıq düşən kim avtosunu minib Bakıya, arvad-uşağın yanına tərpənir. Başa düşmək lazımdır ki, bu adamın göbəyi Bakıda kəsilib, nə bilir kənd nədir, əkin nədir, biçin nədir, mal-qara nədir…

Üstəlik, təzə icra başçısı köhnə rüşvətxor məmurlarla, idarə rəsiləri ilə işləməyə üstünlük verir, özünü komandası yoxdur.
Komandası olmasa da, zəhrimar rüşvətin yolunu yaman tapıb Seymur Orucov.

Bəli, Seymur Orucov da Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli keçirir, tenderdə özünə yaxın şirkətlər qalib olur, daha doğrusu, qalib elan edilir.

Bu günlərdə Ağstafada belə bir tenderə yekun vurulub. Və tenderin qalibi “Meqa An İnşaat” MMC 325 min 727 manat 39 qəpik vəsait əldə edib.
Ən dəhşətlisi odur ki, bir müddət əvvəl Ağstafada 2 milyon 227 min 692 manatlıq tenderi udan “Səma MM İnşaat”la “Meqa” şirkəti eyni adamlara məxsusdur.

Bəli, siçan-pişik oyunu, şirkətlər dəyişsə də sahiblər dəyişmir.

Cənab Seymur Orucov ! Dəvəquşu məsəlini yada sal. Başını soxur quma, elə bilir görən yoxdur.


Amma vacib dövlət qurumları sizin əməllərinizi yaxşı görürür. Zamanı çatanda gələcəklər…

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də