Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rus əsgərləri Azərbaycan sərhədlərinə YERİDİLİR? - Rusiyadan SON DƏQİQƏ AÇIQLAMASI

“Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiya olunmasının və tez bir zamanda bu işə başlanmasının tərəfdarıdır”.                                               
RegionTV.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov bu gün keçirdiyi brifinqdə Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədi boyu Rusiya sülhməramlılarının yerləşdirilməsinin təklifinə münasibət bildirərkən deyib.
"Ümumilikdə, sərhəd postlarının qurulması Rusiya Federal Təhlükəsizlik Xidmətinin səlahiyyətində olan məsələdir. Amma biz də öz tərəfimizdən deyə bilərik ki, Rusiya bu mövzuya böyük diqqət yetirir, sərhədyanı mübahisənin nizamlanmasına istiqamətlənən aktiv vasitəçilik səyləri göstərir. Sərhədçilərin sərhəd boyu yerləşdirilməsinin həyata keçirilməsinin problemlərindən biri sərhədlərin beynəlxalq-hüquqi formalaşmasının olmamasıdır. Hesab edirik ki, sərhəddə dayanıqlı deeskalasiyanı yalnız Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiya işinə təxirə salınmadan başlanılması prosesi təmin edə bilər. Rusiya bu prosesə tezliklə başlanmasının tərəfdarıdır”, - deyə rusiyalı diplomat qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də