
Bu fikirləri RegionTV.info-ya açıqlamasında millət vəkili Fazil Mustafa səsləndirib: “Pulu olmayan da otursun evində, bütün vacib işlərini təxirə salsın. İnsanlarımız həm maddi, həm də mənəvi sıxıntını yaşayacaqlar. Onsuz da yay vaxtı insanların bir qismi məzuniyyətdədir, iş yerlərinə də elə bir axın yoxdur. Heç kim də əsaslandıra bilmir ki, iki gün ictimai nəqliyyat işləməyəndə pandemiya azalır ya yox. Əksinə, nəqliyyatda sıxlıq yaratmaqla insanlar üçün yoluxma risqini daha da artırırlar. Metronun girişində qızdırmanı yoxlamaq üçün aparat qoyulur və bu da profilaktika üçün kifayət edir. İctimai nəqliyyat həftənin bütün günləri işləməlidir, əminəm ki, özü metro ilə, avtobusla gedib-gəlmək məcburiyyətində olan kimsə belə bir qərarı qəbul etməz”.
