Türkiyədə 8 gündür yanan bölgələrlə bağlı şad xəbər gəlib. Meteoroloqlar güclü leysan xəbəri verib.
RegionTV.info xəbər verir ki, Türkiyədə meşə yanğınlarının tüğyan etdiyi vaxta güclü leysan yağacağı proqnozlaşdırılır.
Yüksək temperaturun təsiriylə söndürülməsi çətinləşən yanğınlarla əlaqədar Meteorologiya Baş İdarəsinin Hava Proqnozlaşdırma Mütəxəssisi Abdullah Macitdən təsəlliverici xəbər gəlib. Onun açıqlamasına görə, şənbə günü Antalya bölgəsində güclü leysan yağacağı, temperaturun 8-10 dərəcə enəcəyi gözlənilir.
Bodrum, Milas, Marmaris və ətraf bölgələrdə, xüsusən də Antalyanın Manavgat rayonunda günlərdir davam edən yanğınlar ciddi zərərlərə səbəb olub. Yanğın səbəbilə bölgədə havanın temperaturunun artması da müşahidə olunur. Temperaturun yaxın günlərdə enməsi və gözlənilən yağışın yağması yanğının təsirinin azıldılmasına kömək edəcəyi gözlənilir.
Xəbəri paylaş