Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan Qarabağda yerləşən Rusiya Sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradovla görüşüb.RegionTV.info xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edilib. Həmçinin tərəflər sülhməramlıların vəzifələri ilə bağlı cari problemlərə də toxunublar. Bundan əlavə Rüstəm Muradov Arşak Karapetyanı yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik də edib.


