
RegionTV.info xəbər verir ki, bu barədə İspaniya hüquq-mühafizə orqanlarının press-relizində deyilir.
Məlumata görə, həbs Madriddə həyata keçirilib. Adı dəqiqləşdirilməyən şübhəli şəxs Portuqaliyaya məxsus saxta sənədlərlə İspaniya ərazisində olub. Həbs olunarkən onun üzərindən 6 mobil telefon və təxminən, 6 min avro götürülüb.
Qeyd edək ki, 2005-ci ildə o, 30 illik həbs cəzasına məhkum olunub. Lakin vəkilləri onun ekstradiyasından yayınmaq üçün İspaniya məhkəməsinin qərarından şikayət ediblər.