
RegionTV.info xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Son sutka ərzində hərbçilərlə “Taliban” arasında gedən döyüşlər nəticəsində qruplaşmanın 303 silahlı zərərsizləşdirilib, 125-i yaralanıb.
Bildirilib ki, “Taliban” silahlıları Nanqarhar, Laqman, Qəznə, Paktikə, Qəndəhar, Zabul, Herat, Cauzcan, Samanqan,Fəraib, Sarı-e- Poli, Gilmənd, Nimroz,Kunduz, Baqlan və Kapis əyalətlərində gedən döyüşlərdə məhv ediliblər.