
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlama zamanı toy mərasimində iştirak edən qonaqların müəyyən edilən say həddindən, yəni 150 nəfərdən artıq olduğu, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı məlum olub.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Əfqan Nəzirov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 4000 manat cərimələnib.
