
RegionTV.info xəbər verir ki, bu barədə onun həyat yoldaşı Larisa İvşina feysbuk səhifəsində yazıb.
“Qara gündür. Yevgeni Kirilloviç öldü, ürəyi dayandı”, - o bildirib.
Qeyd edək ki, Yevgeni Kirilloviç Marçuk 1941-ci il yanvarın 28-də Ukraynın Odessa vilayətinin Dolinovka kəndində anadan olub. SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib. O, Ukrayna Təhlükəsizlik Xidmətinin birinci direktoru olub. Y.Marçuk 1995-1996-cı illərdə Ukraynanın Baş naziri işləyib. Müxtəlif illərdə o, Milli Təhlükəsizlik Xidmətində çalışıb, müdafiə naziri olub.