
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Bum qəsəbə sakini, əvvəllər məhkum olunmuş Firdovsi Zeynalov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən saxlanılıb.
Nəqliyyat vasitəsinə baxış keçirilərkən 22 ədəd kağız bükümdə satış məqsədilə daşıdığı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.
