Daşkəsən rayon Astaf kəndində içki məclisində düşən mübahisə zamanı həmyerlisinin başına balta ilə vuraraq ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
RegionTV.info-nun məlumatına görə, Astaf kənd sakini, 1981-ci il təvəllüdlü Abdullayev Eldəniz Həsən oğluna balta ilə xəsarət yetirməkdə şübhəli bilinən, 1980-ci il təvəllüdlü Feyruz Müslüm oğlu Orucov polis əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, F Orucov hadisə yerindən qaçmışdı. E.Abdullayevin müalicəsi isə Gəncə şəhərində yerləşən xəstəxanaların birində davam edir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəri paylaş