Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, “Mercedes” markalı avtomobilin sürücüsü 28 yaşlı Əlihəsənov Rahib İldırım oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı dayanacağa çırpılıb.
Qəza nəticəsində sürücü R.Əlihəsənov müxtəlif dərəcəli bədən xəsarət alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş