RegionTV.info
Tanınmış ekstrasens Zirəddin Rzayev dünyanı cənginə alan koronavirus və bu pandemiyanın Azərbaycanda hansı nəticələrə səbəb olacağı ilə bağlı hələ 2017-ci ildə Rusiya mətbuatına proqnoz vermişdi. Virusun xarakteristikasını tam dəqiqliyi ilə təsvir etmişdi.
Bəs dünyanı cənginə alan virus hansı tarixdə bitəcək?
"Demişdim ki, yayın axırı, payızın əvvəlində virus bitməlidir. Doğurdan da, ayın sonunda virusa yoluxma azaldı. Moskvadan gedən həkimlər artıq Azərbaycandan geri qayıtdı. Bu virusun il yarım-iki il davam edəcəyini görürəm.
Zamanında tədbirlər görülərsə, bu, o qədər də qorxulu virus deyil. Aprel-may ayında virus Azərbaycanda minimum həddə düşəcək", - ekstrasens söyləyib".
Zirəddin Rzayev bildirib ki, 2021-2022-ci illərdə Azərbaycanda zəlzələ, yanğınlar baş verə bilər: "Bu illər Azərbaycan üçün təbii fəlakətlərlə bağlı aktiv illərdir. Yeraltı təkanlar və daşqınlar olacaq".
Xəbəri paylaş