Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

FHN-in Türkiyəyə yola salınan təyyarəsinin təlimatçısı: "Yanğınlar bitənədək orada olacağıq"

“Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi üçün Türkiyəyə, Dalama aerpoportuna yola düşürük. Biz həmin ərazilərdə işləyəcəyik".

RegionTV.info  xəbər verir ki, bu sözləri Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Türkiyədə meşə yanğınlarının söndürülməsi üçün H.Əliyev adına Beynəlxalq Hava Limanından yola düşən "BE-200ÇS" tipli amfibiya təyyarəsinin bort-mühəndis təlimatçısı Cavid Qəhrəmanov deyib.

O, qeyd edib ki, bir müddət orda yanğınların söndürülməsinə qarşı mübarizə aparacaqlar: "Texniki baxış üçün bir günlük Azərbaycana qayıtdıq. Və şəxsən prezidentin tapşırığı ilə yenidən ora qayıdırıq. Biz yanğının söndürülməsinə qədər orada işləyəcəyik”.

Cavid Qəhrəmanov deyib ki, Azərbaycandan yola salınan növbəti qrup hələlik Dalaman ərazisində yanğınların söndürülməsində iştirak edəcək: "Gələcəkdə yanğının miqyasından asılı olaraq ola bilsin, istiqamətlərimiz dəyişdirilsin. Biz hər vəziyyətə hazırıq".

"BE-200ÇS" tipli amfibiya təyyarəsi 20-25 saniyə ərzində 12 ton su götürür. Yanğın ərazisinə su 50 metrdən tökülür. Siz onun effektinin necə olduğunu bilirsiniz. Biz Azərbaycanda və digər ölkələrdə ondan istifadə etmişik. Hər yerdə yanğınların söndürülməsi işi uğurla başa çatıb".

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu bu gün Türkiyəyə yola düşüb. Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də