Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğan meşə yanğınlarını beynəlxalq təhlükə adlandırıb

Meşə yanğınları koronavirus pandemiyası və terrorizmlə müqayisə edilə biləcək beynəlxalq təhlükəyə çevrilib.

RegionTV.info  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Meşə yanğınları - bu COVID-19 pandemiyası ilə müqayisə edilə bilən beynəlxalq təhlükədir, onu hətta terrorçuluq təhlükəsi ilə müqayisə etmək olar", - Ərdoğan “A Haber” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, meşə yanğınları təhlükəsi ilə bütün dünya rastlaşır, meşələr ABŞ-da, Kanadada, Rusiyada, İspaniyada, İtaliyada, Afrika ölkələrində yanır, bu vəziyyətə iqlim şəraiti səbəb olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də