Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paşinyan İrana səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 5-də İran İslam Respublikasına işgüzar səfər edəcək.

RegionTV.info  xəbər verir ki, səfər çərçivəsində Nikol Paşinyan İranın yeni seçilən Prezidenti İbrahim Rəisi ilə görüşəcək. O, bundan sonra İran Prezidentinin andiçmə mərasiminə qatılacaq.

Qeyd edək ki, avqustun 3-də İranın yeni seçilmiş Prezidentinin etimadnaməsi Konstitusiyanın Mühafizəsi Şurasında imzalandıqdan sonra İslam Respublikası ali rəhbərinin ofisinə, Seçkilər Məcəlləsinin 83-cü maddəsinə əsasən sənədin bir nüsxəsi də daxili işlər nazirinə göndərilib.

İranın yeni seçilmiş Prezidentinin mandatının təsdiqlənməsi mərasimi avqustun 3-də İmam Xomeyni məscidində İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin iştirakı ilə keçirilib. Bununla da İbrahim Rəisi səlahiyyətlərinin icrasına başlayıb. O, avqustun 5-də isə prezident kimi üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyi andını içəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də