Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nöqsanlara görə işdən çıxarılan rəisin yerinə təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

RegionTV.info  xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis gətirilib. Bu vəzifəyə 4-cü Polis Bölməsinin polis mayoru Vəli Cəfərov təyin edilib.

Qeyd edək ki, 26-cı Polis Bölməsinin əvvəlki rəisi Faiq Bədəlov və Anar adlı müavini işlərində verdikləri ciddi nöqsanlara görə vəzifədən çıxarılaraq sərəncama götürülmüşdülər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də