Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun bir hərbçisinin meyiti tapılaraq təxliyə edilib.
RegionTV.info xəbər verir ki, məlumatı “Aysor” yayıb.
Meyitin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.
Məlumata görə, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 630 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib.
Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv ediliblər.
Xəbəri paylaş