
RegionTV.info xəbər verir ki, o, 2020-ci il avqustun 4-də Beyrutda partlayış törədilən dəniz limanını ziyarət edəcək.
“Əziz livanlılar, mən sizi ziyarət etmək arzusundayam. Livanın Yaxın Şərqdə yenidən qardaşlıq və sülh simvolu olması üçün dua etməkdən yorulmuram”, - onun adından yayılan açıqlamada bildirilib.
Roma Papası beynəlxalq ictimaiyyəti Livana əməldə yardım etməyə çağırıb.
Səfərin tarixi açıqlanmayıb.