“Hazırda Yardımlıdakı yanğın lokallaşdırılıb, tam söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür. Lənkəranda baş verən yanğın isə artıq söndürülüb”.
RegionTV.info xəbər verir ki, bunu ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. İ.İbrahimova nazirliyin rəhbər heyətinin və əlaqədar struktur bölmələrin rəhbərlərinin hadisə yerində olduğunu qeyd edib:
“Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız hər hansı bir şəxsin bilərəkdən və ya bilməyərəkdən törətdiyi əməlin fəsadı qarşısında aciz qalırıq.
Bütün bunları nəzərə alaraq vətəndaşlarımızdan xahiş edirik odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyifsilənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq!”
Xəbəri paylaş