
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlama zamanı bir masa arxasında müəyyən edilən say həddindən, yəni 6 nəfərdən artıq qonağın əyləşdiyi, eləcə də karantin rejiminin digər qaydalarına riayət edilmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı obyekti işlədən İqrar Məmmədov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.
