Türkiyə Ali Hərbi Şurası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq.
RegionTV.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri komandanlığının formalaşdırılacağı toplantı bu gün keçiriləcək.
Toplantıda daha yüksək rütbəyə yüksələcək və ya təqaüdə çıxacaq general və admiralların adları açıqlanacaq. Yaş məhdudiyyətinə görə gözləmə müddətini tamamlamayan baş qərargah rəisi general Yaşar Gülərin vəzifəsinə davam edəcəyi gözlənilir.
Toplantıda vəzifə və yaş müddətini tamamlayan Quru Qoşunları komandanı general Ümid Dündarın vəziyyəti də qiymətləndiriləcək.
Keçən ilki toplantıda səlahiyyət müddəti bir il uzadılan Hərbi Hava Qüvvələri komandanı Həsən Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özballa bağlı qərar veriləcək.
Yeni qərarlar çərçivəsində bəzi general-leytenantların daha yüksək rütbəyə yüksəlməsi gözlənilir. Kadr çatışmazlığı səbəbindən təqaüdə çıxacaq şəxslərin vəziyyəti də müzakirə olunacaq və qərar veriləcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrlik edəcəyi toplantıya onun köməkçisi Fuad Oktay, müdafiə, ədliyyə, xarici işlər, daxili işlər, xəzinə və maliyyə və təhsil nazirləri, baş qərargah rəisi və təhlükəsizlik qurumlarının rəhbərləri qatılacaq.
Xəbəri paylaş