
RegionTV.info xəbər verir ki, bu barədə şəhər meri Kaxa Kaladze məlumat verib.
“Təəssüflər olsun ki, abidəyə zərər yetirilib. Heykəldən eynək oğurlanıb. Bununla bağlı nə deyəcəyimi bilmirəm”, - o söyləyib.
Qeyd edək ki, M.Qandinin heykəli Tbilisinin Varketili rayonunda iyulun 10-da açılıb. Abidəni Hindistan Gürcüstana M.Qandinin anadan olmasının 150-ci ildönümü münasibətilə hədiyyə edib. Açılış mərasimində Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar və onun gürcü həmkarı David Zalkaliani də iştirak edib.