Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BMT: "Son sutkada Əfqanıstanda 167 mülki şəxs ölüb və yaralanıb"

Əfqanıstanın Gilmənd əyalətinin Leşgərgah şəhərində hakimiyyət qüvvələri ilə “Taliban” silahlıları arasında son sutkada gedən atışma nəticəsində qruplaşmanın 75 üzvü ölüb, 17-si yaralanıb.

RegionTV.info  xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

BMT-nin Əfqanıstandakı missiyası isə bildirib ki, son sutkada Leşgərgahdakı atışmalar nəticəsində 167 mülki şəxs ölüb və yaralanıb. Nümayəndəlik münaqişə edən tərəfləri mülki sakinləri daha çox müdafiə etməyə çağırıb: “Əks halda nəticə daha faciəvi olacaq”.

ABŞ və Böyük Britaniyanın Əfqanıstandakı səfirliklərinin məlumatına görə, Əfqanıstan müdafiə qüvvələrinin hücumunun qarşısını almaq məqsədi ilə “Taliban” qruplaşması mülki vətəndaşların evlərini minalayır.

Əfqanıstan Silahlı Qüvvələrinin ordu generalı Sami Sadat şəhəri “Taliban” silahlılarından təmizləmək üçün irimiqyaslı əməliyyat keçirəcəklər. O, bu səbəbdən sakinləri evlərini tərk etməyə çağırıb.

“Ariana News” isə bildirib ki, Leşkərgah uğrunda 3 günlük döyüş nəticəsində 40 dinc sakin ölüb, 150-si yaralanıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də