Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı sakininin dələduzluqla ələ keçirilən 127 min manatının geri qaytarılması təmin olunub

Bakı şəhər sakini Babək Əliyevin 127 min manat pulunun biznes qurmaq adı ilə Quliyev Sirac Kazım oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı müraciətinə Suraxanı rayon prokurorluğunda baxılıb.

RegionTV.info  xəbər verir ki, baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, rayon prokurorluğunda müraciət əsasında cinayət işi başlanaraq aidiyyatı üzrə istintaq edilməsi üçün Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, istintaqın yekunlaşdırılaraq cinayət işinin məhkəməyə göndərilməsi və eləcə də vətəndaşa dəymiş zərərin ödətdirilməsi təmin edilib.

Prokurorluğa müraciət edərək məmnun qalan zərərçəkmiş Babək Əliyevin qardaşı Rafiq Əliyev Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də