Almaniyanın Kil şəhər məhkəməsi evində İkinci Dünya müharibəsindən bəri “Panzer” tankını saxlayan 84 yaşlı təqaüdçü barədə hökm çıxarıb.
RegionTV.info xəbər verir ki, qoca məhkəmənin hökmü ilə 14 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, 2015-ci ildə onun evinin zirzəmisindən tank, zenit qurğusu, torpedalar, minaatan, atıcı silahlar və mindən artıq patron aşkarlanmışdı.
O, qanunsuz silah-sursat, partladıcı maddələr saxlamaqda ittiham olunsa da, məhkəmə hesab edib ki, təqaüdçü pis niyyətlə hərəkət etməyib, əslində kolleksiyaçı kimi davranıb. Hakim Rixter Ştefan Vorpenberq bildirib ki, müttəhim özü silah gəzdirməyib və atəş açmayıb. Bundan başqa onun təqaüdçü yaşında olması, üzərində həbs qərarının olmaması, könüllü etiraf etməsi məhkəmə tərəfindən yüngülləşdirici faktor kimi qəbul edilib. Lakin məhkəmə çoxlu sayda silahın tapılmasını ağırlaşdırıcı hal hesab edib.
Bundan başqa həmin şəxs 250 min avro da cərimə ödəməlidir.
Xəbəri paylaş