Antalyanın Manavqat bölgəsində meşə yanğınlarını törətməkdə ittiham olunan şəxs həbs olunub.
RegionTV.info xəbər verir ki, Antalyanın Manavqat rayonunda 28 iyulda başlayan meşə yanğınları ilə əlaqədar aparılan araşdırmaların nəticələrinə əsasən hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı C.Y. həbs edilib.
O, dörd gün öncə saxlanılıb. İstintaqın gedişində gənc ittihamları qəbul etməsə də, ona təqdim edilən şəksiz dəlilləri rədd edə bilməyib. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri təsdiq olunub.
Xəbəri paylaş