"Bildiyiniz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyədə baş verən meşə yanğınlarını söndürmək üçün canlı qüvvə və texnika Türkiyəyə göndərilib".
RegionTV.info-nun məlumatına görə, bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
"Artıq 4 gündür ki, buradayıq. Muğla bölgəsi istiqamətindəki yanğınların söndürülməsi ilə məşğuluq və istədiyimizə də nail oluruq. Yerli türk qardaşlarımızla birgə bu işi davam etdiririk", - deyə E.Mirzəyev bildirib.
Xəbəri paylaş