Türkiyədə zəlzələ baş verib.
RegionTV.info-nun məlumatına görə, bu barədə Qəndilli Rəsədxanası bildirib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 22:52-də Muğla əyalətinin Datça rayonunda qeydə alınıb. Zəlzələ 4,8 bal gücündə baş verib. Zəlzələ ocağı 12,7 kilometr dərinlikdə yerləşib.
Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) isə zəlzələnin 4,6 bal gücündə baş verdiyini bildirib.
Dağıntı və ya tələfat qeydə alınmayıb.
Xəbəri paylaş