Braziliyada 2008-ci ildən bəri qeyri-leqal mədənlərdə 333 işçi qul əməyindən xilas olunub.
RegionTV.info xəbər verir ki, bu barədə "Mongabay" məlumat yayıb.
Nəşrin yazdığına görə, 13 il ərzində hüquq-mühafizə orqanları insanları köləlikdən xilas etmək üçün 31 reyd keçirib. Qanunsuz qızıl mədənlərin çoxu Para əyalətində tapılıb. Orada 12 nəfər xilas olunub.
Reydlərdə iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşları işçilərin ağır şərtlər altında düzgün yaşayış yerinin və tualetlərinin olmamasını, çirklənmiş su içmələrini və yararsız qida qəbul etmələrini aşkarlayıblar.
Braziliya qanunlarına görə, bu cür şərtlər qul əməyini təşkil edir.
Nəşr iddia edir ki, insanlar mədən sahiblərinə yığılmış borclar səbəbindən tez-tez qızıl mədəninə göndərilir.
Xəbəri paylaş