İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Göytəpə kəndi ərazisindəki meşə massivində çətənə kollarının becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən tədbirlər nəticəsində həmin yerdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Namiz Mirzəliyev və Tərlan Mamedov elə “iş başında” saxlanılıb. Əraziyə baxış zamanı oradan 41 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik tərkibli bitkiləri həm şəxsi istifadələri, həm də satmaq məqsədilə becərdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, Namiz Mirzəliyev və Tərlan Mamedov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Xəbəri paylaş