Berlində COVID-19 məhdudiyyətləri əleyhinə nümayişlər zamanı 60-dan çox polis əməkdaşı xəsarət alıb.
RegionTV.info xəbər verir ki, bu barədə Berlin polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nümayiş iştirakçıları onlar üçün ayrılmış ərazidən kənara çıxmağa çalışıb, onların qarşısını almaq istəyən polis əməkdaşlarına fiziki müqavimət göstərib, hüquq-mühafizə orqanları əməkdaşlarına və yoldan keçən digər şəxslərə hücum ediblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbəri paylaş