Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Parlamentin iclasında mübahisə düşdü: “Səs yazısı var” - VİDEO

Milli Məclisin iclasında deputat Tahir Kərimli ilə spiker Sahibə Qafarova arasında mübahisə yaranıb.

RegionTV.info-nun  məlumatına görə, T.Kərimli bildirib ki, deputatın yiyəsi yoxdur, lakin polisin yiyəsi var.

O bildirib ki, polislə Eldəniz Səlimovu barışdırmaq olardı.

Milli Məclisin sədri Sahibə Qafarova isə Tahir Kərimliyə sərt cavab verib: “Necə yəni deputatın yiyəsi yoxdur? Deputatın yiyəsi, Milli Məclisin yiyəsi xalqdır. Şəxsən mən bir səs yazısını sizə dinlətdirəcəyəm, ondan sonra görək, eyni fikirləri səsləndirəcəksiniz?”, - deyə S.Qafarova əlavə edib.

Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.

Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də