Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusun ölümcül fəsadı açıqlanıb

Koronavirus xəstəliyinin üstündən keçən iki həftə ərzində kəskin ürək-damar xəstəlikləri ehtimalı xeyli artır.

RegionTV.info   xəbər verir ki, belə bir qənaət İsveçin Umea Universitetinin bir qrup əməkdaşı tərəfindən “The Lancet” nəşrində dərc edilən tədqiqatda yer alır.

Belə ki, tədqiqatda COVID-19-a yoluxanlar ilə işemiyalı insult və miokard infarktını keçirmiş şəxslərdə həmin halların təkrarlanması müqayisəli təhlil edilib. Nəticədə koronavirusun adıçəkilən xəstəliklərə tutulma ehtimalını 3 dəfəyədək artırdığı müəyyənləşdirilib.

Bütövlükdə tədqiqatda 86 472 xəstə iştirak edib ki, bu da müəlliflərə görə bu cür araşdırmalar üçün indiyədək qeydə alınan ən yüksək rəqəmdir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də