
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun verdiyi məlumata görə, obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Qusar rayon məhkəməsinin qərarı ilə restoranın icarədarı Elvin Tahirov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 20 gün inzibati həbs edilib.