Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb.RegionTV.info-nun xəbərinə görə, toplantını parlamentin sədri Sahibə Qafarova açıq elan edib.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
İclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələdir.


