
“Vaşinqton rəhbərliyi yeni “delta” ştammına görə, ölkədə yenidən karantin məhdudiyyətləri tətbiq etmək niyyətində deyil”.
Bunu Ağ Evin mətbuat katibi Jen Psaki mətbuat konfransında deyib.
Psaki bildirib ki, 2020-ci ilin martında olduğu kimi, xidmət sahələrinin fəaliyyəti dayandırılmayacaq: “Yenidən iş sahələrində məhdudiyyətlər olmayacaq. İqtisadi sahədə çox irəliləmişik… Prezident Co Baydenin dediyi kimi, səhiyyə mütəxəssislərinin tövsiyələrinə əsaslanaraq addım atılacaq”.
Psaki, həmçinin ölkədə məcburi peyvənd tətbiq edilməsinə də münasibət bildirib: “Məcburi peyvəndin tətbiq edilməsi müzakirə edilməyib. Lakin işəgötürənlər işçilərinin peyvənd edilməsini tələb etmək hüququna sahibdirlər”.