Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Saxlanılan şəxsin halı pisləşdi, öldü

Siyəzən rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxsin polis şöbəsində halı pisləşib və yerləşdirildiyi xəstəxanada vəfat edib.
 

RegionTV.info  xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, avqustun 2-də Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini, 1990-cı il təvəllüdlü Tural İsmayılovdan metamfetamin aşkar olunaraq götürülüb: "Həmin şəxs Siyəzən RPŞ-yə gətirilib. Dünən axşam saat 22 radələrində şöbədə onun halı pisləşib. Dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə aparılıb, orada vəfat edib".
 
Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.
 
Qeyd edək ki, T. İsmayılovun narkotik vasitələrin aludəçisi olduğu bildirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də