Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əfqanıstan “Taliban”la sülhə hazırdır

Əfqanıstan höküməti müəyyən şərtlər əsasında “Taliban” hərəkatı ilə sülhə hazırdır.

RegionTV.info  xəbər verir ki, bunu Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar “İzvestiya” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, “Taliban” qruplaşması terrora dəstək verməyi dayandırmalıdır:

“Biz Talibanla işləməyə, onların hökumətdə təmsil olunmaqlarına, onlarla barışmağa və hakimiyyəti bölməyə hazırıq. Bunun üçün çox şərtimiz yoxdur, əslində yalnız bir şey var - ölkə daxilində Əfqanıstanın gələcəyi əfqan xalqının azad iradəsi ilə həll edilməli, xarici sərhədlərdə Əfqanıstan başqa heç bir ölkəyə təhlükə yaratmamalı, ölkədə bir dənə olsun belə xarici terrorçu olmamalıdır”.

Nazir əlavə edib ki, Əfqanıstan bütün ölkələrlə əməkdaşlığa hazırdır:

“Əfqanıstanın qarşıdurma və rəqabət məkanı deyil, əməkdaşlıq məkanına çevrilməsini istərdik. Əfqanıstan bütün ölkələrə tərəfdaşlıq təklif edir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də