Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çempionlar Turu: Şəhriyar Məmmədyarov bu gün 1/4 finalda Aronyanla qarşılaşır

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də bu gün 1/4 final görüşlərinə start veriləcək.

RegionTV.info-nun məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gələcək.

1/4 final mərhələsi iki gün davam edəcək. 36 yaşlı qrossmeyster ötən gün XIV turda Aronyanla heç-heçə edib. O, təsnifat mərhələsini 9 xalla 7-cı pillədə tamamlayıb.

Çempionlar Turu

1/4 final cütləri

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)

Uesli So (ABŞ) - Jorden Van Forest (Niderland) (Niderland)

Alireza Firuzca (FIDE) - Le Kuanq Lyem (Vyetnam)

Hikaru Nakamura (ABŞ) - Vladislav Artemyev (Rusiya)

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də