Avropada qazın spot qiymətləri yeni həftənin başlanğıcı ilə artmağa davam edib.
RegionTV.info xəbər verir ki, Avropanın ən likvid habı hesab olunan Niderlandın “Title Transfer Facility” (TTF) habında qeydə alınmış qazın tədarük qiyməti 2,7% artaraq 514 ABŞ dollarını ötüb.
Sentyabr ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 520 ABŞ dolları səviyyəsinə yüksəlib.
Qeyd olunub ki, Avropada yeraltı anbarlara vurulacaq qazın həcmində nəzərəçarpacaq dərəcədə çatışmazlıq yaşanır.
Xəbəri paylaş