Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tokio-2020: Nazim Babayev finala vəsiqə qazana bilməyib - YENİLƏNİB - 1

Azərbaycan atleti Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

RegionTV.info-nun məlumatına görə, üç təkanla tullanma növündə mübarizə aparan idmançı sonuncu cəhdində 16,72 metr nəticə göstərib.

Bu, Babayevin mövsümdə ən yaxşı göstəricisi olub. Buna baxmayaraq Avropa çempionu finala vəsiqə qazanmaq şansını itirib.

O, A qrupunda 16 idmançı arasında 8-ci, yekunda isə 32 idmançı arasında 15-ci yeri tutub.

İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finalda iştirak edəcək.

04:27

Azərbaycan atleti Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışını edib.

RegionTV.info-nun məlumatına görə, üç təkanla tullanma növündə çıxış edən idmançı ikinci cəhdində 16,30 metr nəticə göstərib.

Təsnifat mərhələsində A qrupunda yarışan Babayev hazırda 10-cu sırada qərarlaşıb. İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finala vəsiqə qazanacaq.

04:15

Azərbaycan atleti Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

RegionTV.info-nun məlumatına görə, üç təkanla tullanma növündə çıxış edən idmançı ilk cəhdində 16,38 metr nəticə göstərib.

Təsnifat mərhələsində A qrupunda yarışan Babayev hazırda 8-ci sırada qərarlaşıb. İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finala vəsiqə qazanacaq.















Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də