Azərbaycanda yol hərəkəti qaydalarını kobud şəkildə pozan daha bir sürücü kameraya düşüb.
RegionTV.info xəbər verir ki, bazarda qiyməti təxminən 600 manata olan "Moskviç" markalı, 90 GJ 172 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq geriyə dönüb. Yoldakılar onun videosunu çəkərək təhlükə yaratdığını bildirsələr də, sürücü buna əhəmiyyət verməyib.
Maraqlı məqam budur ki, belələrini yol polisi saxlayıb cərimə yazanda sürücü özünü oda-közə vurub "imkanım yoxdur, ucuz maşın sürürəm, maşına bax, qiymətinə bax, cərimə yazma" deyib məsuliyyətdən yayınmağa çalışır. Cərimə bir yana, bu maşına həmin vaxt ortadan başqa bir maşın çırpılsa, parça-parça olacaq.
Qeyd edək ki, bu əməlinə görə həmin sürücüyə 3 bal 60 manat cərimə düşür.
Xəbəri paylaş