RegionTV.info
Qarabağ Dirçəliş Fondu Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək üçün vətəndaşları Qarabağ Dirçəliş Fonduna ianə etməyə çağırıb.
Qarabağ Dirçəliş Fondundan verilən məlumata görə, Fond Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək Qarabağda pozulmuş ekoloji tarazlığın bərpasına fəal dəstək verəcək.
Bildirilib ki, https://qdf.gov.az/iane-et/ linkinə daxil olmaqla ianə etmək mümkündür.
Qeyd edək ki, əvvəllər işğal olunmuş Qarabağ ərazisində meşə örtüyünün sahəsi 260 min hektar olub. İşğal illərində təxminən 54 min hektar meşə örtüyü ermənilər tərəfindən məhv edilib.
Ermənilərin özlərinin məlumatına görə, yalnız 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistana nisbətən 2,3 dəfə çox ağac kəsilib.
Eldar şamı, qoz, palıd, xurma və s. daxil olmaqla qiymətli ağac növlər ciddi zərər görüb.
Xəbəri paylaş