RegionTV.info
Almaniyanın Opel, Çinin Faw və Lifan markalarının Azərbaycanda yeganə və rəsmi distribyutoru “CAHAN Motors” daha bir markanı Azərbaycana gətirir. Bu, Çinin yolsuzluq və pikap istehsalı sahəsində ixtisaslaşmış ZX AUTO markasıdır.
Marka haqqındə bizə məlumatı Cahan Motorsun satış departamentinin rəhbəri Fərhad Hüseynov verdi.
ZX AUTO markası dünyanın 45 ölkəsində satılır. Zavodun illik istehsal gücü 100.000 ədəddir. Azərbaycan bazarı ZX AUTO-nun 46-cı satış nöqtəsi olacaq. Avqust ayından etibarən markanın 2 modeli “Grand Tiger” və “Terralord” modelləri salonumuzda satışda olacaqdır.
Fərhad Hüseynov ZX AUTO markasının bütün modellərinin mühərrik istehsalında nəhəng korporasiya olan “İSUZU” tərəfindən təchiz olunduğunu bildirdi. Həm Grand Tiger, həm də Terralord modelləri 2.5 litr həcmli İsuzu mühərriki ilə təchiz olunublar. Avtomobillərə 3 il və ya 100.000 km zavod zəmanəti təqdim olunur.
Xatırladaq ki, Cahan Motors-un Alman mütəxəssisləri tərəfindən qurulan servis və satış mərkəzləri Bakı ilə yanaşı Naxçıvan şəhərində də fəaliyyət göstərir.
Ətraflı məlumat üçün (055) 258 55 45 nömrəsi xidmətinizdədir.
QALEREYA
Xəbəri paylaş