Suriyanın Hələb şəhərində dəyərli memarlıq abidələrindən olan Hələb qalasında bərpa işləri başlayıb.
RegionTV.info xəbər verir ki, bu barədə layihənin baş mühəndisi Əminə Səbuni brifinqdə bildirib.
Ekspertlərə görə, abidənin 20 faizi dağılıb. Ən çox ziyan görmüş şimal və şərq divarları bərpa olunur.
“Biz dağıntıların dərəcəsini araşdırmışıq. Original daşdan istifadə edərək abidənin əvvəlki görkəmini bərpa etmək istəyirdik, amma bəzi yerlərdə dağıntılar çox olduğuna görə müasir tikinti materiallarından istifadə etməli oluruq” – deyə baş mühəndis qeyd edib.
Hələb qalası UNESCO-nun Ümumdünya İrs Siyahısına 1986-cı ildə salınıb.
Xəbəri paylaş