Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakının görünməyən gecə həyatı - Ərəb turistlər, fahişələr, qəlyan... - VİDEO

RegionTV.info
Bakıda xüsusi karantin rejimini kobud şəkildə pozan gecə klubları fəaliyyət göstərir.

BAKU TV əməkdaşları məşhur gecə klublarından biri olan "İnfiniti" klubunda nələrin baş verdiyinin əyani şahid olublar.

Gecə saat 00:00-dan bir çox obyektlər işlərini dayandırsa da, bu klub sözün əsl mənasında cibə işləyir. Ürəyindən eyş-işrət, qəlyan keçən hər bir kəs məhz bura üz tutur.

Kluba daxil olmaq üçün adambaşına 20 AZN verilməlidir. Nəhayət, “qərib cinlər” diyarına düşürük. Kimi içir, kimi sərxoş halda qəh-qəhə çəkib gülür, kimisi isə ağzından tüstü çıxarır.

Qiymətlər elə də ucuz deyil. Bir qəlyan üçün gərək 60-80 manatından keçəsən. Bu, məsələnin başqa bir tərəfi. Keçək tüstülü, yüksək səsli, səhərə qədər yuxularına haram qatıb ərəblərin qarşısında canfəşanlıq edən qadınlara.

Bu xanımları, görəsən, nə vadar edir? Pulmu, yoxsa mənəvi rahatlıq üçün buranı seçiblər? Bax bu, bir az sual doğurur. Cəmisi iki saatlıq, o dəyərli vaxtımızdan bu "cinlər diyarına" ayırıb biz də şənlənmək istədik.

Qaydanı pozub ictimai iaşə obyektlərində qadağan edilən qəlyandan da daddıq. Çəkiliş xatirinə ha... Gecə saat 00:00-ı gözlədik ki, bəlkə, klub bağlana. Yox, nə bağlanmaq? Hələ gecə həyatı onlar üçün bundan sonra başlayır.

Bizim klubu tərk etdiyimiz vaxt gecə saat 01:00-ı göstərirdi. Biz demirik ki, klublar işləməsin. Sadəcə qanun qanundursa, gərək bu “örtülü bazar” məsələsi hər bir ictimai iaşə obyektinin sahibinə şamil olunsun.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də